June 15th, 2020

Мои стихи перевели на азербайджанский язык

https://souzpisatel.ru/publikaciya-v-azerbajdzhane/#comments

Друзья, спешу поделиться с вами радостью: поэт и переводчик из Баку Нурафиз Гусейнов перевёл на азербайджанский язык мои стихи.
Покажу вам несколько переводов, под катом мои стихи.

Qar üstdə məktub

İl ötdü, saat da gecə on iki,
Qədəhdə içməli yarımçıq çaxır.
Möcüzə gözləmə... Qəlb açılığı
İt tək zingildəyib ulayır, axı.

Collapse )

Yuxu

Mən yuxuda şeir yazdım,
Ağ cizgili vərəq üstdə.
Sözlər yüngül, havalıydı,
Hopurdular sətrə şəstlə.

İndi mənim dəftərimdə
Meh coşdurur səsi-küyü.
Mən gördüm ki, qızıl iplik
Dalğalara verir çiyin.

Xoş baxışla oxşayaraq,
Günəş pıçıltıyla süzür.
Ulduz tək yanır səmada,
Tam yaşanan günün izi.

Dəlisov gecə gözləyir,
Hiss edirəm titrəyərək.
Dalğalar qaçır uzağa,
Ayrılmayaq daha gərək.

Səni apardım mayaka,
Nağıl danışdığım yerə.
Yuxularım gerçək oldu,
Misralandı sətirlərə.


Collapse )


***********
Qız yatıb, mətbəxdə siqar çəkir o,
Tüstü pəncərədən çölə çıxırdı.
Masada iki şam çoxdan sönübdü,
Yarımçıq qədəhdə qalan çaxırdı.

Ömrü yarı etmək beləmi olur,-
Sadəcə bir baxış, ötəri görüş.
Əldəki vərəqdə on rəqəm sayı...
Fikrindən çəkilməz o üz, o naxış.

Deyir xanımına:-Çox yüklənmişəm,
Bu gün gözləməyin, iş həddən çoxdur.
Və azad olunmuş vəhşi at kimi,
Bir il davam edən gecəyə çıxdı.

İkili həyatda ,axmaq rollarda
Günləri çəkirdi burulğanlara.
Ailə, iş, görüş... tələm-tələsik,
Nə orda, nə burda... xoşbəxtlik ara.

Fevralın şaxtası əli yandırır,
Qəmi unutduran haldadır bəyəm?
Ayrılıq sardıqca yaddaşım susur,
Gücüm yox nə susam, nə də yox deyəm.


Collapse )